Elnur Allahverdiyev Hindistana qarşı matçda oynaya bilməyəcək
26 Fevral 2012 Bazar 20:10
Yığmamızın futbolçusu Elnur Allahverdiyev belindəki ağrılardan əziyyət çəkir.
Azərbaycan yığmasının futbolçusu Elnur Allahverdiyev Hindistan yığması ilə sabahkı yoldaşlıq görüşündə də oynaya bilməyəcək. ANS PRESS-in apasport.az saytına istinadən verdiyi məlumata görə, buna səbəb “Xəzər Lənkəran”ın müdafiəçisinin zədəli olmasıdır. Elnur belindəki ağrılardan əziyyət çəkir. O, bu üzdən hələlik Dubay toplanışında fərdi məşq edir, qaçır.

Qeyd edək ki, Allahverdiyev Sinqapur yığması ilə 2:2 hesablı bərabərliyə qaldığımız matçda da meydana çıxa bilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar