Elnur Allahverdiyev əfv edildi
29 Aprel 2011 Cümə 12:12
Futbolçu Elnur Allahverdiyev əsas heyətə qaytarılıb.
“Xəzər Lənkəran” futbol klubunun rəhbərliyi futbolçu Elnur Allahverdiyevin komandanın əsas heyətinə qaytarılması haqqında qərar qəbul edib. ANS PRESS-in “Xəzər Lənkəran” futbol klubuna istinadən verdiyi məlumata görə, bu qərar baş məşqçi Mirça Rednikin iştirakı ilə rəhbərliyin dünən keçirdiyi iclasda qəbul olunub.

Qərar çıxarılan zaman futbolçunun öz səhvini etiraf etməsi, baş məşqçi və komanda üzvləri tərəfindən də onun üzrxahlığının qəbul edilməsi, həmçinin futbolçunun milli komandanın aparıcı üzvlərindən biri olması nəzərə alınıb.

Elnur Allahverdiyev müvafiq məbləğdə cərimənin ödənilməsi və bundan sonra nizam-intizam qaydalarına ciddi şəkildə riayət etmək öhdəliyini üzərinə götürmək şərtilə “Xəzər Lənkəran” klubunun əsas heyətinə qaytarılır.

Xatırladaq ki, Elnur Allahverdiyev “Qarabağ” - “Xəzər Lənkəran” oyunundan sonra komandanın əsas heyətindən kənarlaşdırılmışdı. Buna səbəb kimi adı çəkilən futbolçunun mütəmadi olaraq klubun daxili intizam qaydalarını pozması göstərilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar