Elman Rüstəmov Vüqar Həşimovun yığmaya qayıdışına münasibət bildirdi
12 İyul 2011 Çərşənbə Axşamı 00:06
“Vüqar Həşimov Azərbaycan yığmasına qayıdandan sonra komanda əvvəlki gücünü bərpa edib”.
Çinin Ninbo şəhərində kişilərdən ibarət komandalar arasında keçiriləcək dünya çempionatında Azərbaycan şahmatçıları əsas favoritlərdəndir. Bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib. Turnir ərəfəsində Azərbaycan yığma komandasının üzvlərini qəbul edən Elman Rüstəmov bildirib: “Siz Avropa çempionatında komandanızda mövcud olan ruh yüksəkliyini və qələbə əzmini bu dəfə də göstərməlisiniz. Belə güclü heyətlə siz dünya çempionu ola bilərsiniz. Ümid edirəm ki, siz layiqli nəticə göstərəcəksiniz”. Federasiyanın sədri onu da qeyd edib ki, Vüqar Həşimov qayıdandan sonra komandamız yenidən əvvəlki kimi güclüdür.

Xatırladaq ki, Çində yarışlar iyulun 16-dan 27-dək davam edəcək. Azərbaycan yığmasının heyətinə Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov daxildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar