Əli İsmayılovu İsmayıl məğlub etdi
05 Noyabr 2011 Şənbə 22:05
Əli İsmayılovun rinqə yenidən qayıdışı uğursuzluqla başlayıb.
Uzun müddətlik aradan sonra peşakar boksçu Əli İsmayılov rinqə qayıdıb. Lakin, təəsüf ki, rinq ustamızın bu dəfəki cəhdi də uğursuzluqla nəticələnib.

Həmyerlimizin rəqibi keçirdiyi 16 döyüşün hamısında qələbə qazanan ukraynalı boksçu İsmayıl Sillah olub. Döyüşün ilk dəqiqələrindən üstünlüyə yiyələnən İsmayıl döyüş ərzində bütün komponentlərdə Əlidən üstün olub.

Rəqibindən 11 yaş böyük olan rinq ustamız açıq aşkar həmkarına həm sürətdə, həm də zərbələrin dəqiliyində uduzmasına baxmayaraq, bu döyüşdə xarakter göstərib və döyüş ərzində daim rəqibinə hücum etməyə çalışıb.

Lakin Əli rəqibinə cəmi dörd raund müqavimət göstərə bilib. Belə ki, məhz 4-cü raundda Sillahın arda-arda gələn zərbələrinə dözə bilməyərək, nokdauna düşüb. Buna baxmayaraq, vurulan zərbənin təsirindən tez ayılan təsilçimiz gözünün zədələnməsi səbəbindən döyüşü davam etdirə bilməyib və qələbə ukraynalı boksçuya verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar