Əli İsmayılov yenə nokautla məğlub oldu
12 Mart 2011 Şənbə 12:01
Boksçumuz polşalı rəqibinə uduzub
Ağırçəkili peşəkar boksçu Əli İsmayılov növbəti döyüşünü keçirib. ANS PRESS-in Polşa mətbuatına istinadən verdiyi məlumata görə, Polşanın Olştin şəhərində keçirilən döyüşdə 36 yaşlı həmyerlimiz yerli idmançı Mateuş Masternakla qarşılaşıb.
Əli İsmayılov 23 yaşlı Polşa boksçusuna döyüşün 5-ci raundunda texniki nokautla məğlub olub. Mateuş Masternak həmyerlimizə qalib gəlməklə sahib olduğu İBO “İnter-Continental” kəmərini qorumuş olub.
Xatırladaq ki, bu döyüşədək Mateuş Masternak rinqdə keçirdiyi 21 döyüşün hamısında qələbə qazanmışdı.O, bu döyüşlərin 15-də rəqiblərini nokautla məğlub etmişdi. Əli İsmayılov isə 23 döyüşün 18-də qələbə qazanaraq, bir dəfə heç-heçə etmiş, 4 döyüşdə isə məğlub olmuşdu. Əli İsmayılov 13 dəfə rəqiblərini nokautla məğlub etmişdi.
DOSTLARINLA PAYLAŞ: