Əlbəyaxa döyüşçümüz rəqibini 2 dəqiqəyə məğlub etdi
03 Noyabr 2010 Çərşənbə 09:50
Əlbəyaxa döyüşçümüz Vüsal Bayramov kamerunlu idmançı üzərində qələbə qazanıb.
Əlbəyaxa döyüşün M 1 növündə ölkəmizi təmsil edən Vüsal Bayramov Rusiyada keçirilmiş Dünya çempionatında uğurla çıxış edib. Buna qədər peşəkar rinqdə keçirdiyi 5 döyüşün 4-də qələbə qazanaraq, yalnız 1-də məğlub olmuş Vüsal Bayramov, uğurunun davamını Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş Dünya çempionatında gətirib. Püşk “Sərhədçi” idman klubunun yetirməsi olan həmyerlimizi kamerunlu döyüşçü Joaşim Kapye ilə üz-üzə qoyub.

Dünya M 1 liqasının ən gənc üzvü sayılan 20 yaşlı Vüsal Bayramovun qarşısında rəqib cəmi 2 dəqiqə 30 saniyə tab gətirə bilib. Uğurun davamını gətirmək üçün idmançılarımız gələn ay yenidən Rusiyaya yollanacaq. Yığma komandamızın baş məşqçisi Kənan Məmmədov bu dəfə 2 döyüşçüyə şans verəcək.

Qeyd edək ki, əlbəyaxa döyüş növü üzrə M 1 çelenc turnirinin Rusiyada keçiriləcək 22-ci mərhələsinə dekabr ayının 10-da start veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar