Əfsanəvi stadion son nəfəsini yaşayır
07 Aprel 2010 Çərşənbə 16:30
Braziliyada aramsız yağan yağış nəticəsində "Marakana" su altında qalıb.
Aramsız yağan yağışlar Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən əfsanəvi “Marakana” stadionu su altında qoyub. Stadionun ot örtüyü ilə yanaşı soyunub-geyinmə otaqları da su altında qalıb.

Stadionun ətrafında yerləşən Marakanı çayı məcrasından çıxaraq ətraf əraziləri basıb. Sel nəticəsində ölkədə artıq 95 nəfər həlak olub. Meteoroloqların məlumatına görə, yağan yağış son 44 ilin ən aramsız yağıntılarından sayılır.

Xatırladaq ki, su altında qalmış “Marakana” stadionu 1950-ci ildə bu ölkədə futbol üzrə dünya çempionatı keçirilən zaman tikilmişdi. Stadion 2000-ci ildə Braziliyanın heykəltaraşlıq və mədəni irsi siyahısına daxil edilib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar