Alman esilli 89 yaşlı Bert Trautmannın İspaniyadakı evinden meyiti tapılıb.
“Manchester City”nin əfsanəvi qapıçısı alman əslli Bert Trautmann 89 yaşında vəfat edib. II Dünya müharibəsində əsir düşən Trautmann 18 yaşında azadlığa buraxılıb və həyatını futbol qapıçısı kimi başa vurub. 545 qarşılaşmada “City” sıralarında olan Trautmann klubun Britaniya xaricindən ən çox forma geyinən futbolçusu olub.
1956-cı ildə FA Cup final qarşılaşmasında “Birmingham” qarşısında boynu qırıq vəziyyətdə “Manchester City”nin qapısını müdafiə edən alman oyunçu olduqca çətin bir rekorda imza atıb.
Ölüm hadisəsi barədə mətbuata danışan Almaniya Futbol Federasiyasının prezidenti Volfqanq Nirsbax çox böyük bir futbol ustasını itirdiklərini, bu sənəndən kədərli olduğunu deyib.