Əfsanəvi futbolçu Ronaldo yorulub
20 Avqust 2010 Cümə 17:10
Ronaldo karyerasını bitirmək qərarına gəlib.
Bir vaxtlar dünyanın ən yaxşı oyunçularından biri olan braziliyalı Ronaldo karyerasını bitirmək qərarına gəlib. Bu barədə "Yekədiş" ləqəbli futbolçu özü açıqlamasında deyib. Uzun illərdir ki, zədələrlə mübarizə aparmalı olan və karyerasını istədiyi cür qura bilməyən Ronaldo artıq yorulduğunu deyib: "Həyatımın böyük bir hissəsini yaşıl meydanlarda keçirdim. Artıq karyeramı bitirəcəyəm".

Lakin futbolçu karyerasını bitirəcəyi tarixi açıqlamayıb.

Xatırladaq ki, Ronaldo futbol üzrə Dünya çempionatları tarixinin ən sərrast futbolçusu sayılır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar