Əfsanəvi boksçu Vitali Kliçko karyerasını başa vurur
18 Fevral 2010 Cümə Axşamı 16:25
Vitali Kliçko qəti qərara gəlib
Ukraynalı peşəkar boksçu Vitali Kliçko bu il karyerasını başa vuracağını bəyan edib. “Mən daha bir çempionluq kəməri qazanmaq arzusundayam. Bundan sonra karyeramı başa vuraraq şəhərləri gəzmək adətinə son qoyacam”, - deyə Vitali Kliçko bildirib.

Vitali Kliçko WBC versiyası üzrə çempionluq kəmərinə sahib çıxıb, onu 5 il müddətində qorumuş ilk boksçu kimi tarixinə düşüb.

Xatırladaq ki, Vitali Kliçko 2005-ci ildə də idmandan gedərək 2008-ci ildə yenidən rinqə qayıtmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar