Əfran İsmayılovun yaşıl meydana dönəcəyi tarix məlum olub
12 Avqust 2010 Cümə Axşamı 16:00
Futbolçu Əfran İsmayılovun əməliyyatı uğurla keçib.
“Qarabağ”ın futbolçusu Əfran İsmayılov Türkiyənin İstanbul şəhərində əməliyyat olunub. Bu haqda futbolçu özü məlumat verib.

Əməliyyatın uğurla başa çatdığını söyləyən futbolçu bunları deyib: “Həkim bildirdi ki, bir-iki aya kimi qaça biləcəksən. İnşallah, 5-6 aya kimi komandanın fərdi məşqlərinə qoşulacağam”.

Xatırladaq ki, Əfran İsmayılov “Qarabağ” – “Neftçi” qarşılaşmasında zədələnmişdi. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar