Əfran İsmayılov yaşıl meydanlara döndü
25 Noyabr 2010 Cümə Axşamı 10:05
Futbolçu zədədən sonra “Qarabağ”ın heyətində ilk məşqinə çıxıb
Futbol üzrə Azərbaycan yığma komandası və “Qarabağ” klubunun üzvü Əfran İsmayılov yaşıl meydanlara dönəcəyi tarix dəqiqləşib. 4 aydır ki, zədədən əziyyət çəkən futbolçu yanvar ayında yenidən futbol oynaya biləcək. Əfran İsmayılov çıxış etdiyi “Qarabağ” klubunun heyətində zədədən sonra ilk məşqinə çıxıb.

Futbolçu həkimlər və baş məşqçi Qurban Qurbanovun tövsiyyəsilə yüngül isinmə və qısa ötürmələrlə kifayətlənib. Komandanın ikitərəfli oyununu isə futbolçu kənardan izləyib.

Xatırladaq ki, Əfran İsmayılov Unibank Premyer Liqasının ilk turunda baş tutmuş “Neftçi” – “Qarabağ” oyununda zədələnmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar