Əfqan Talıbov yığmadan uzaqlaşdırılıb
31 Yanvar 2011 Bazar Ertəsi 20:00
Əfqan Talıbov yığmadan uzaqlaşdırılıb. Bundan sonra Bernhard Lippertin köməkçisi Babək Alxasov olacaq.
AFFA 21 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Bernhard Lippertin köməkçisi Əfqan Talıbov komandadan uzaqlaşdırıb. AFFA rəhbərliyi Talıbova yeni vəzifə də təklif edib. Belə ki, onu seleksiyaçı-məşqçilər üzrə koordinator vəzifəsinə təyin etmək istəyib. Lakin U-21-dən kənarlaşdırıldığı üçün inciyən Əfqan bəy bu vəzifədən imtina edib.

Artıq Talıbovun U-21-dəki yerinə təyinat da olub. AFFA 19 yaşadək futbolçulardan ibarət milli komandanın məşqçisi Babək Alxasovu gənclər yığmasına təyin edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar