Efqan Bayramov ve Namiq Celilov medal qazandı
27 Sentyabr 2013 Cümə 01:57
Efqan Bayramov gümüş, Namiq Celilov ise bürünc medal qazandılar.
İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi oyunlarının ağırlıqqaldırma yarışlarında bu gün 77 kq çəki dərəcəsində yarışan Əfqan Bayramov 320 kq nəticə ilə gümüş medal qazanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Əfqan birdən qaldırmada 138 kq-ın öhdəsindən gəlib. Təkanla qaldırmada isə idmançımız 182 kq çəkini ram edib.
Ardınca isə digər ağırlıqqaldıranımız, 85 kq çəkidə yarışan Namiq Cəlilov Oyunların bürünc medalını qazanıb. Namiq birdən qaldırmada 151, təkanla qaldırmada isə 177 kq qaldıraraq, 328 kq nəticə ilə üçüncü olub.
Bununla da, Azərbaycan idmançılarının qazandıqları medallarn sayı 11-ə yüksəldi. 3 qızıl, 5 gümüş və 3 bürünc medalla komandamız ümumi hesabda 6-cı yerdədir.
DOSTLARINLA PAYLAŞ: