“Əczaçıbaşı” Bakı oyununda məyus oldu
18 Fevral 2010 Cümə Axşamı 18:50
“Rabitə” klubu “Əczaçıbaşı” klubunu məğlub edib
Voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Avropa Voleybol Konfederasiyası (ÇEV) kuboku turnirinin 1/4 final mərhələsində ilk matçına çıxıb. “Əczaçıbaşı” ilə görüşdə rabitəçilər Türkiyəli idmançılara qalib gəliblər.
Bir növ revanş xarakteri daşıyan oyunda həmyerlilərimiz “Əczaçıbaşı”nı hər üç setdə məğlub edərək 3:0 hesabı ilə məyus edib. (25:20; 27:25; 25:16)
Xatırladaq ki, ÇEV kuboku turnirinin 1/8 final mərhələsidə “Azərreyl” ötən ay “Əczaçıbaşı” ilə görüşdən (2:3; 0:3) sonra turnirlə vidalaşıb.
Qeyd edək ki, "dördlər finalı"na çıxmaq üçün fevralın 24-də İstanbulda keçiriləcək cavamb oyununda təmsilçimiz bir setdə qalib gəlməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: