Dünyaşöhrətli stadion sökülür
18 Dekabr 2009 Cümə 10:15
Dünyaşöhrətli stadion “Marakana” arenası Dünya çempionatı üçün yenidən qurulacaq
Braziliyanın əfsanəvi stadionlarından olan “Marakana” yenidən qurulacaq. Stadion FİFA-nın tələbi ilə 2014-cü il Braziliyada keçiriləcək Dünya çempionatı üçün hazırlanacaq.

Buradakı oturacaq yerləri 87 mindən 82 minədək azaldılacaq. Bundan başqa, Beynəlxalq Futbol qurumunun tələbi ilə stadionun tribunalarına günəş və yağışdan qorunmaq üçün xüsusi örtüklər quraşdırılacaq. Bununla belə layihə müəllifləri stadionun köhnə görkəmini saxlamağa da çalışacaqlar.

Stadionun yenidənqurma işlərinə ümumilikdə 286 milyon dollar vəsait sərf olunacaq.

Xatırladaq ki, “Marakana” stadionu 1950-ci ildə istifadəyə verilib. Stadion 2000-ci ildə Braziliyanın tarixi abidələri və inciləri siyahısına daxil edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar