Dünyaşöhrətli döyüşçü Aleksandr Yemelyanenko Bakıda
18 May 2010 Çərşənbə Axşamı 16:10
Aleksandr Yemelyanenko: ”Biz azərbaycanlılarla birgə Avropa komandasına qarşı döyüşməyə gəlmişik"
Bakıda daha bir mötəbər yarış keçiriləcək. May ayının 22-də Sərhədçi Olimpiya İdman Mərkəzində təşkil olunacaq yarışda Azərbaycan pankrationçuları Avropanın yığma komandasına qarşı vuruşacaqlar.

Seçməmizin tərkibində altısı Rusiya təmsilçisi olmaqla 11 idmançı mübarizə aparacaq. Onlar arasında Dünya pankrationunun məşhur siması Fyodr Yemelyanenkonun qardaşı, Aleksandr Yemelyanenko da var. Artıq məşhur idmançı Bakıdadır.

O, şəhərimizdə keçiriləcək yarışla bağlı bunları deyib: ”Biz buraya azərbaycanlı idmançılarla birgə Avropa komandasına qarşı döyüşməyə gəlmişik. Sizin yaxşı idmançılarınız var. Ümid edirəm ki, bu yarışdan sonra onlarda həvəs daha da artacaq. Tezliklə azərbaycanlı döyüşçülərin sorağı dünya arenasından gələcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar