Dünyanın ən zəif yığması ilk qələbəsini qazanıb
04 Noyabr 2010 Cümə Axşamı 17:40
Mikroneziyanın Ponpei ştatının millisi tarixi zəfərə imza atıb.
Dünyanın ən zəif yığma komandası hesab edilən Mikroneziyanın Ponpei ştatının futbolçuları nəhayət ki, qələbə qazanıb. Ponpei ştatının yığması yarandığı 25 il ərzində ilk dəfə olaraq qələbə qazanmağa müvəffəq olub. Ponpei seçmə komandası britaniyalı baş məşqçilər Metta Konrad və Pol Uotsonun rəhbərliyi altında tarixi zəfərə imza atıb.

Xatırladaq ki, Ponpei Mikroneziya Federativ Respublikasının 4 ştatından biridir. Ada Sakit okeanda yerləşir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar