Dünyanın ən zəif yığması ilk qələbəsini qazandı
23 Noyabr 2011 Çərşənbə 16:19
FİFA reytinqində sonuncu olan Amerika Samoası Tonqaya qalib gəlib.
FİFA reytinqində sonuncu pillədə qərarlaşmış Amerika Samoası yığması tarixində ilk qələbəsini qazanıb. ANS PRESS-in “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Amerika Samoası yığması Dünya Çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsində Tonqa komandasına qalib gəlib.

Dünya çempionatının 12 seçmə mərhələsinin bütün oyunlarında uduzan Samoa yığması qapısında 129 qol görərək, rəqib qapıya cəmi iki qol vurub.

Xatırladaq ki, bu oyunadək Samoa millisi son rəsmi oyununda Vanuatu komandasına 0:8 hesabı ilə uduzmuşdu.



DOSTLARINLA PAYLAŞ:

oyunlar