Dünyanın ən varlı klubları
11 Fevral 2012 Şənbə 15:03
Dünyanın ən varlı klubları siyahısında Madridin “Real” klubu ardıcıl yeddinci dəfə bütün klubları geridə qoyub.
“Deloitte” auditor kompaniyası dünyanın ən varlı klublarının siyahısını açıqlayıb. ANS PRESS-in məlumatına görə, siyahıya ardıcıl yeddinci dəfə Madridin “Real”klubu başçılıq edib. “Real” klubu 2010/11 mövsümü ərzində 480 milyon avro gəlir əldə edib.

“Real” bu məbləğdən 183 milyion avronu translayasiya gəlirindən əldə edib. “Kral klubu” gəlirinin 172,4 avrosunu klub rəmzlərinin satışından, 123,6 milyonunu isə bilet satışından əldə edib. Ən varlı klubların reytinq siyahısında “Barselona” ikinci yeri tutur. “Barselona”nın son mövsümdəki gəliri 450,7 milyon təşkil edir.

İngiltərənin “Mançester Yunayted” klubu 367 milyon avro ilə üçüncü sırada qərarlaşıb. Sonrakı pillələrdə müvafiq olaraq “Bavariya”, “Arsenal” və “Çelsi” klubları qərarlaşıb. Siyahının ilk 20 pilləsində İngiltərənin “Mançester Siti”, “Tottenhem Hotspur”, “Aston Villa”, “Ştutqart”, “Verder” və “Borussiya” (Dortmund) kimi klublar da qərarlaşıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar