Dünyanın ən reytinqli 100 şahmatçıları arasında 4 azərbaycanlı
01 İyul 2011 Cümə 16:40
FİDE iyul ayı üçün reytinq siyahısını açıqlayıb. Dünyanın ən reytinqli şahmatçıları arasında azərbaycanlı Şəhriyar Məmmədyarov (10), Vüqar Həşimov (11), Teymur Rəcəbov (14), Rauf Məmmədov (65) da var.
FİDE dünya şahmatçılarının iyul ayına olan yeni reytinq siyahısını açıqlayıb. ANS PRESS-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, uzun müddət dünya şahmatçılarının reytinqinə başçlılıq edən hindistanlı dünya çempionu Vişvanatan Anand nəhayət ki, mövqeyini itirib.

Norveçli Maqnus Karlssens rəqibini üstələyərək reytinq siyahısında liderliyi ələ keçirib. Maqnus Karlsenssin aktivində 2821, Anandın hesabında isə 2817 xal var. Levon Aronyan (Ermənistan) siyahının 3-cü, Sergey Karyakin (Rusiya) 4-cü, Vladimir Kramnik (Rusiya) 5-ci, Vasili İvançuk 6-cı, Ruslan Ponomaryov 7-ci, Veselin Topalov (Bolqarıstan) 8-ci, Hikaru Nakamura 9-cu Şəhriyar Məmmədyarov (Azərbaycan) isə 10-cu pilləsindədir.

FİDE-nin ən güclü 100 şahmatçısı siyahısında Vüqar Həşimov (11), Teymur Rəcəbov (14), Rauf Məmmədov (65) da var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar