Dünyanın ən güclü şahmatçıları arasında iki azərbaycanlı
02 May 2011 Bazar Ertəsi 11:39
FİDE növbəti reytinq siyahısını açıqlayıb.
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. ANS PRESS-in qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünyanın ən yaxşı şahmatçılarının reytinq siyahısına yenə hindistanlı Vişvanatan Anand başçılıq edir. Onun aktivində 2815 xal var.

Norveç qrossmeyteri Maqnus Karlssen isə 2815 xalla ikinci pillədə qərarlaşıb. Azərbaycan şahmatçılarından ikisi reytinq siyahısının ilk onluğunda qərarlaşıb. Şəhriyar Məmmədyarov 2772 xalla 9-cu. Vüqar Həşimov isə 2760 xalla 10-cu pillədə yer alır. İlk onluqda qərarlaşmış şahmatçılarla sizi tanış edirik:

1. Vişvanatan Anand (Hindistan), 2 Maqnus Karlssen (Norveç), 3 Levon Aronyan (Ermənistan), 4 Vladimir Kramnik (Rusiya), 5 Vasili İvançuk (Ukreayna), 6 Sergey Karyakin (Rusiya), 7 Veselin Topalov (Bolqarıstan), 8 Nakamura (ABŞ), 9 Şəhriyar Məmmədyarov (Azərbaycan), 10 Vüqar Həşimov (Azərbaycan). ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar