Dünyanın ən çox qazanan məşqçisi
19 Yanvar 2013 Şənbə 11:24
Xosep Qvardiolanın illik gəliri 17 milyon avrodur
Dünyanın ən bahalı məşqçisi Xosep Qvardioladır. ANS PRESS-in "Newsru.com" saytına istinadən verdiyi xəbərə görə, dünyanın ən bahalı məşqçisi hələ növbəti mövsümə kimi “Bavariya” klubunun çalışdırıcısı Xosep Qvardiola olacaq.

İspan qəzeti “Marca”nın yazdığına görə, onun illik gəliri ildə 17 milyon avro təşkil edəcək. “Pari Sen-Jermen”in çalışdırıcısı Karlo Ançelotti ildə 16 milyon avro ilə ikinci, Joze Mourinyo (“Real”) 13 milyon avro ilə üçüncü yerdədir.

Bir gün əvvəl Qvarddiolananın nümayəndəsinin açıqlamasına görə, alman klubunda işləmək onun üçün maddi cəhətdən heç ən əlverişli olmasa da, o “Bavariya”nı seçib. Və o, bu komandaya pula görə gəlməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar