Dünyanın ən bahalı yığması İspaniya
20 May 2010 Cümə Axşamı 17:05
İspaniya komandası bütün rəqiblərini geridə qoyub
Dünyanın ən dəyərli futbol yığması müəyyənləşdirilib. "Frontier Economics" şirkətinin araşdırmalarına görə, İspaniya yığmasının ilk "11"də yer alan futbolçular 258 milyon funt sterlinq dəyərindədir.

İkinci yerdə isə Argentina milli komandası qərarlaşıb - 249 milyon funt sterlinq. Argentina millisində təkcə Lionel Messinin qiyməti 119 milyon funt sterlinqdir. Dəyərinə görə sonrakı yerlərdə qərarlaşan yığmaları nəzərinizə çatdırırıq: İngiltərə (226 milyon), Braziliya (190 milyon) , Portuqaliya (171 milyon), İtaliya (108 milyon). ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar