Dünya rekordçusu Suzanna Kallur idmandan kənar düşdü
19 Yanvar 2010 Çərşənbə Axşamı 16:55
Suzanna Kallur zədəsini sağaltmaqla məşğuldur.
60 metr məsafədə maneələri dəf etməkdə Dünya rekordçusu Suzanna Kallur bir müddət idmandan kənarda qalmalı olub. İsveçli atlet Qətərin Doha şəhərində keçiriləcək Dünya çempionatında iştirak etməyəcək.
Buna səbəb idmançının zədəsinin hələ də sağalmamasıdır.
28 yaşlı İsveç təmsilçisi meydanlara yaydan tez dönə bilməyəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: