Dünya mətbuatı "Fənərbaxça"dan yazdı
21 Sentyabr 2011 Çərşənbə 16:35
İstanbul klubu tarixə düşüb
Türkiyənin tanınmış klublarından olan “Fənərbaxça”nın qadın və uşaq tərəfdarları futbol tarixinə düşüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünən Türkiyə Super Liqasının III turu çərçivəsində keçirilən “Fənərbaxça”-“Manisaspor” matçı qadın və uşaqlar günündə xüsusi maraq oyadıb.



Bu ölkənin Futbol Fedarasiyası Assosasiyası “Fənər”in “Şükrü Saracoğlu” stadionunda oynayacağı iki matçın tamaşaçısız keçirilməsi barədə qərar çıxarıb. Amma qurum sonradan qərarına dəyişiklik edərək oyunlardan birində qadın və uşaqların pulsuz olaraq qarşılaşmanı izləməsinə icazə verib. Bu məqsədlə əvvəl 14 min bilet hazırlansa da, tələbat çox olduğundan qalan yerlərə bilet çap olunub. Nəticədə matç zamanı “Şükrü Saracoğlu”na rekord sayda - 46 min qadın və uşaq gəlib. Zərif cinsin nümayəndələri kişilərdən heç də geri qalmayaraq, tarixinin ən pis günlərini keçirən sevimli komandalarına dəstək olub. Hətta səsdən futbolçular ara-sıra hakimin fitini də eşidə bilməyib.

Bununla da “Fənər” bir matca gələn qadın tamaşaçıların sayına görə dünya rekordunu qırıb. Buna görə dünya mətbuatı bu hadisəyə geniş yer verib.









Qarşılaşmaya gəlincə isə oyunda 4 qol vurulsa da, hakim onlardan ikisini hesaba almayıb. Komandalar hərəyə bir qol vuraraq meydandan “sülh”lə ayrılıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar