Mart ayının 7-də İranda sərbəst güləş sərbəst üzrə Dünya kuboku uğrunda yarışa start veriləcək. İki gün davam edəcək birincilikdə ölkəmiz 12 güləşçi ilə təmsil olunacaq. Ən yüngül çəkidə, ağırlığı 55 kiloqrama qədər olan güləşçilərin yarışında ölkəmizin şərəfini Abil İbrahimov və Ceyhun Əliyev qoruyacaq. Zəlimxan Hüseynovla Cəlal Süleymanov 60 kiloqramda mübarizəyə qoşulacaqlar. 66 kiloqramda da millimiz 2 güləşçi ilə Cəbrayıl Həsənovla və Xaqan Süleymanovla təmsil olunacaq. Çəkisi 74 kiloqrama qədər olan idmançıların yarışında Çamsulvara Çamsulvarayev və Aqil Quliyev bacarıqlarını nümayiş etdirəcəklər. 84 kiloqramda Azərbaycanı Novruz Temrezovla Hacı Əlicanov təmsil edəcək. 96 və 120 kiloqramlarda isə müvafiq olaraq Xetaq Qazyumov və Əli İsayev Dünya kuboku uğrunda mübarizəyə qoşulacaq. /ANS TV/