Dünya klublarının reytinqi açıqlandı
03 May 2010 Bazar Ertəsi 11:15
“Qarabağ” siyahıda daha 20 pillə geriləyib.
Dünya Futbolu Tarixi və Statistikaları Federasiyası geridə qalmış aprel ayı üçün dünya klublarının reytinq siyahısını tərtib edib. Siyahıda yeganə Azərbaycan təmsilçisi olan Ağdamın “Qarabağ” klubu aktivindəki 75 xalla 281-ci sırada yer alıb.
“Qarabağ” ötən ayla müqayisədə daha 20 pillə geriləməsinə baxmayaraq, hələ də Rusiyanın “Amkar”, Braziliyanın “Qremio”, Yunanıstanın “Aris” və Türkiyənin “İstanbul Böyükşəhər Bələdiyyəspor” kimi klublarını üstələyir. Reytinq siyahısına isə İspaniyanın “Barselona”klubu başçılıq edir. Xose Qvardiolanın yetirmələrinin aktivində 322 xal var. İkinci yerdə isə 293 xal toplamış Argentinanın “Estudiantes” klubu qərarlaşıb.
İtaliyanın “İnter” kollektivi ötən ayla müqayisədə 8 pillə irəliləyərək 3-cü yerə qalxıb. İndi Joze Mourinyonun yetirmələrinin aktivində 273 xal var. Sonrakı yerləri müvafiq olaraq “Kruzeyro” (Braziliya) , “Verder” (Almaniya), “Bavariya” (Almaniya), “Roma” (İtaliya), “Çelsi” (İngiltərə), “Fulhem” (İngiltərə) və “Mançester Yunayted” (İngiltərə) klubları tutur. Türkiyə klublarından “Qalatasaray” 20-ci, “Fənərbaxça” isə 26-cıdır. Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” reytinqinə görə dünyanın 33-cü klubudur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: