Dünya klublarının reytinqi
03 Mart 2010 Çərşənbə 14:45
Təmsilçimiz “Qarabağ” 239-cu pillədədir
Dünya Futbolu Tarixi və Statistikaları Federasiyası mart ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb. Ağdamın “Qarabağ” klubu ötən ayla müqayisədə 5 pillə geriləyərək 239-cu yer alır. Komandamızın aktivində 80,5 xal var. “Qarabağ” “Blekbörn Rovers”, “Napoli”, “Dinamo” (Moskva), “Santos” və “Brondbyu” kimi klubları üstələyib.

Reytinq siyahısına İspaniyanın “Barselona” klubu başçılıq edir. İkinci yerdə İngiltərənin “Çelsi”, üçüncü pillədə isə Almaniyanın “Verder” klubu yer alır. Sonrakı yerlərdə müvafiq olaraq “Mançester Yunayted”, “Şaxtyor”, “Arsenal”, “Estudiantes”, “Kruzeyru”, “Hamburq” və “Roma” klubları yer alır.

Türkiyənin “Qalatasaray” klubu 14-cü, “Fənərbaxça” 23-cüdür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar