Dünya futbolu əfsanəsi Alfredo Di Stefano xəstəxanalıq oldu
24 İyul 2010 Şənbə 10:00
Alfredo Di Stefanonun vəiyyəti son on gündə ikinci dəfə pisləşib.
İspaniyanın “Real” klubunun fəxri prezidenti Alfredo Di Stefano xəstəxanaya yerləşdirilib. İspaniya və ümumilikdə dünya futbolunun canlı əfsanələrindən sayılan 84 yaşlı Di Stefano on gün əvvəl də qrip virusu ilə xəstəxanaya yerləşdirilsə də sonradan evə buraxılmışdı.

Bu dəfə o, üərk çatışmazlığı diaqnozu ilə xəstəxənaya yerləşdirilib. Di Stefanonun səhhəti haqqında dəqiq məlumat verilmir.

Xatırladaq ki, Alfredo Di Stefano futbolçu karyerası ərzində Argentina və İspaniya yığma komandalarının şərəfini qoruyub. O, futbolçu kimi meydana çıxdığı 521 oyunda 374 qol vuraraq adını dünya futbolu tarixinə qızıl hərflərlə yazdırıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar