Dünya çempionu medalını satdı
28 Oktyabr 2010 Cümə Axşamı 10:40
Bunun üçün Nobbi Staylza 298 min dollar ödənilib.
Futbol üzrə Dünya Çempionatı -1966-nın qalibi Nobbi Staylz medalını satıb. İngiltərə seçmə komandasının heyətində çempion olan futbolçu qızıl medalı hərracda satışa çıxarıb. Medalı isə onun sabiq komandası olan “Mançester Yunayted” rekord məbləğdə əldə edib.

“Mançester Yunayted” rəhbərliyi medal üçün 188,2 min funt sterlinq (Təqribən 298 min dollar) ödəyib. 68 yaşlı Nobbi Staylz medalın satılmasından əldə olunan məbləğin övlad və nəvələrinə miras kimi qoyacağını bildirib.

Xatırladaq ki, Nobbi Staylzın da heyətində çıxış etdiyi İngiltərə yığması 1966-cı ilin Dünya çempionatının finalında Almaniya millisini əlavə vaxtda 4:2 hesabı ilə məğlub edərək çempion olmuşdu. Həmin oyunun yan xətt hakimlərindən biri həmyerlimiz Tofiq Bəhramov idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar