Dünya çempionu Kaster Semenya cinsini dəyişəcək
14 Dekabr 2009 Bazar Ertəsi 12:15
Kaster Semenya əməliyyat olunacaq. O, cinsini dəyişəcək.
Beynəlxalq Yüngül Atletika Federasiyası Dünya çempionu Kaster Semenyanın əməliyyatı üçün tələb olunan bütün vəsaiti ödəməyə hazırdır. Kaster Semenya Almaniyanın Berlin şəhərində keçirilən Dünya çempionatının qalibi olub.

Xatırladaq ki, yarış təşkilatçıları turnirdən sonra idmançını testdən keçirərək onun hermofradit olduğunu üzə çıxarmışdılar.

Həkimlər idmançının əməliyyat olunaraq qadın olmasının vacibliyini vurğulayıblar.
Semenyanın şərəfini qoruduğu Cənubi Afrika Respublikası İdman Nazirliyi isə atletin qazandığı qızıl medalı və pulu müalicəsinə sərf etməyə icazə verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar