Dünya çempionu İspaniya olacaq
14 İyun 2014 Şənbə 18:02
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi: Üçüncü yeri Argentina qazanacaq.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) DÇ-2014-lə bağlı maraqlı araşdırma aparıb.

ANS PRESS-in məlumatına görə, araşdırma nəticəsində İspaniyanın çemion olacağı müəyyənləşib.

Araşdırma çempionata yollaran komandaların heyətindəki oyunçuların "karyeraları ərzində oynadıqları liqa və dünya çempionatı matçları, karyeraları ərzində vurduqları qol sayı, dünya çempionatından öncəki 2 ildə oynadıqları liqa və milli matçları, dünya çempionatından öncəki 2 ildə liqada vurduqları qol sayı" araşdırılaraq aparılıb. Nəticədə ən yüksək dəyərlərə sahib 11 oyunçu ilə son 4 dünya çempionatında final oynayan komandaların heyətində eyni kriteriyalar nəzərə alınaraq 11 ən yüksək dəyərlərə sahib 11 futbolçu müəyyənləşdirilib və müqayisə olunub.

Ssenariyə görə 13 iyulda oynanılacaq finalda İspaniya və Braziliya qarşılaşacaq. İspanların 2008, 2012-ci illərdəki Avropa və 2010-cu ildəki dünya çempionatından sonra ardıcıl 4-cü dəfə böyük turnirin qalibi olacağı müəyyənləşdirilib. Üçüncü yer uğrunda oyunda isə Argentina Fransanı yenəcək.

CIES-in ssenarisinə əsasən qrup mərhələsi belə yekunlaşacaq.

A qrupu: 1. Braziliya, 2. Xorvatiya, 3. Meksika, 4. Kamerun.
B qrupu: 1. İspaniya, 2. Hollandiya, 3. Çili, 4. Avstraliya.
C qrupu: 1. Yaponiya, 3. Kolumbiya, 3. Kot`D-İvuar, 4. Yunanıstan.
D qrupu: 1. İngiltərə, 2. İtaliya, 3. Uruqvay, 4. Kosta Rika.
E qrupu: 1. Fransa, 2. Ekvador, 3. İsveçrə, 4. Honduras.
F qrupu: 1. Argentina, 2. Nigeriya, 3. Bosniya və Hersoqovina, 4. İran.
G qrupu: 1. Portuqaliya, 2. Almaniya, 3. ABŞ, 4. Qana.
H qrupu: Belçika, 2. Rusiya, 3. Cənubi Koreya, 4. Əlcəzair.

1/8 final
Braziliya (U) - Hollandiya
Yaponiya - İtaliya (U)
Fransa (U) - Nigeriya
Portuqaliya (U) - Rusiya
Xorvatiya - İspaniya (U)
Kolumbiya - İngiltərə (U)
Ekvador - Argentina (U)
Almaniya (U) - Belçika

1/4 final
Braziliya (U) - İtaliya
Fransa (U) - Portuqaliya
İspaniya (U) - İngiltərə
Argentina (U) - Almaniya

1/2 final
Braziliya (U) - Fransa
İspaniya (U) - Argentina

3-cü yer uğrunda oyun
Fransa - Argentina (U)

Final
Braziliya - İspaniya (U)

Qeyd: Mötərəzədə göstərilən "U" hərfi oyunun qalibi olacaq - udacaq komandanı göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar