Dünya çempionu futboldan uzaqlaşdırıldı
18 Dekabr 2012 Çərşənbə Axşamı 14:39
İFF intizam komitəsi “Napoli” klubundan 2010-cu ildə danışılmış oyunlar keçirmək təklifinə görə 2 xal silib.
İtaliyada daha bir futbol qalmaqalı baş verib. Milli.Az Sports-a istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyasının intizam komitəsi “Napoli” klubundan 2010-cu ildə danışılmış oyunlar keçirmək təklifinə görə 2 xal silib.

“Napoli”nin keçmiş qapıçısı Matteo Canellonun sözlərinə görə, ona Paolo Kannavaro və Canluka Qravaya “Sampdoriya” ilə oyunda lazımlı hesab üçün pul təklif ediblər.

La Gazzetta della Sport bildirir ki, nəticədə Kannavaro və Qrava təklifi qəbul etməyərək qərara gəliblər ki, danışılmış oyun barədə məlumatı federasiyaya deməsinlər. Onlar 6 ay müddətinə diskvalifikasiya olunublar.

Qeyd edək ki, Kannavaro ilə Qrava Canellonun danışılmış oyun barəsində sözlərini təsdiq etməyiblər. Hal-hazırda qapıçı futboldan 3 illik uzaqlaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar