Dünya çempionu David Silva ölkəsini tərk etdi
15 İyul 2010 Cümə Axşamı 16:35
David Silva bundan sonra İngiltərədə çıxış edəcək.
Son dünya çempionu olan İspaniya yığma komandasının yarımmüdafiəşisi David Silva “Valensiya”nı tərk edib. Futbolçu rəsmən İngiltərənin “Mançester Siti” klubuna keçib.

24 yaşlı Silva yeni klubu ilə 4 illik müqavilə imzalaıyıb. Futbolçunun transfer dəyəri 28,7 milyon avro təşkil edib.

Xatırladaq ki, David Silva İspaniya yığmasının heyətində 2006-cı ildə debüt edib. Futbolçu indiyədək yığmanın heyətində 38 oyunda meydana çıxaraq 7 qola imza atıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar