Dünya çempionlarına daha bir zərbə
12 İyun 2010 Şənbə 16:20
İtaliya yığması Daniel de Rossinin xidmətindən məhrum olub.
İtaliya yığma komandası Dünya çempionatı – 2010-da ilk oyununun keçirməsinə 3 gün qalmış ağır zərbə alıb. Yığmanın futbolçusu Daniel de Rossi zədələnərək sıradan çıxıb.
Futbolçu CAR-ın “Qautenq Oll Stars” klubu ilə yoldaşlıq görüşündə ayaq əzələsini dartdığına görə iştirak edə bilməyib. Bu Andrea Pirlodan sonra İtaliya komandasının heyətində zədələnərək sıradan çıxan ikinci oyunçudur.
Xatırladaq ki, İtaliya kollektivi Dünya çempionatı – 2010-da ilk oyununu Paraqvay millisinə qarşı keçirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: