Dünya çempionatının ilk oyunu
11 İyun 2010 Cümə 21:10
Dünya çempionatının ilk oyunu. Meksika-CAR matçında iki top vurulub.
Cənubi Afrika Respublikasınında futbol üzrə Dünya çempionatının açılış matçı heç-heçə başa çatıb. Qarşılıqlı hücum və maraqlı anlarla yadda qalan oyun 1:1 hesabı ilə sona çatıb. Matçda ilk qolu ev sahibi olan CAR oyunçusu vurub. Oyunun 54-cü dəqiqəsində əks hücum zamanı Siphive Şabalala uzaq “doqquzluğa” göndərdiyi top DÇ 2010-un ilk qolu kimi tarixə düşüb.

CAR-Meksika qarşılaşmasının ikinci hissəsində 54-cü dəqiqədə ev sahiblərinin əks hücumu qolla nəticələnib.
Matçın 79-cu dəqiqəsində Meksikanın 4 nömrəli oyunçusu Rafael Markes hesabı bərabərləşdirməyə müvəffəq olub.

Oyunun ikinci hissəsində aktivliyi və hücumları ilə daha çox yadda qalan CAR futbolçuları bir neçə qol vəziyyətindən də yararlana bilməyib. Matçın 90-cı dəqiqəsində müdafiəçilərdən sıyrılaraq qapıçı ilə üzbəüz qalan 9 nömrəli oyunçu Katlego Mpelanın vurduğu top isə qapı dirəyinə tuş gəlib.

Özbəkistanlı baş hakim Rövşən İrmatov matçın 93-cü dəqiqəsində final fitini səsləndirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar