Dünya Çempionatının ilk avtoqolu
14 İyun 2010 Bazar Ertəsi 19:00
Dünya Çempionatının ilk avtoqolu. Danimarkalılar hollandlara əziyyət vermədi.
Bü gün Cənubi Afrika Respublikasında futbol üzrə 19-cu dünya çempionatında “E” qrupunda Hollandiya və Danimarka milliləri qarşılaşıb.
Fransalı baş hakim Stefan Lennoyun idarə etdiyi matç Hollandiya millisinin xeyrinə başa çatıb. Birinci hissə heç-heçə başa çatsa da, ikinci hissənin ilk dəqiqəsi bir ilklə yadda qalıb. Matçın 46-cı dəqiqəsində Danimarkanın 15 nömrəli futbolçusu Simon Poulsen topu başı ilə öz qapısından uzaqlaşdırmaq istəsə də, ilk avtoqola imza atıb.
Növbəti qolu isə matçın 85-ci dəqiqəsində holland yığmasının 7 nömrəli futbolçusu Dirk Kuyt vurub.
93 dəqiqə davam edən Hollandiya-Danimarka matçı 2:0 hesabı ilə holland millisinin xeyrinə başa çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: