Dünya Çempionatının dörd bombardiri oldu
12 İyul 2010 Bazar Ertəsi 02:30
David Vilya, Diyeqo Forlan, Uesli Sneyder və Tomas Müller 5 qol vurub.
Futbol üzrə Dünya Çempionatının ən sərrast oyunçusu adını dörd futbolçu bölüşüb. Bunlar ispaniyalı David Vilya, uruqvylı Diyeqo Forlan, hollanidyalı Uesli Sneyder və alman Tomas Müllerdir. Onların hər biri 5 qol vurub. David Vilya, Diyeqo Forlan və Uesli Sneyder çempionat ərzində 7, Tomas Müller isə cəmi 6 oyun keçirib.

Qeyd edək ki, hər dörd oyunçunun komandası çempionatın yarımfinal mərhələsinə uğurla keçib və öz aralarında turnirin medalları uğrunda mübarizə aparıblar. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar