Dünya çempionatını təşkil etmək üçün AFFA-ya 3 milyon manat ayrıldı
11 İyul 2012 Çərşənbə 19:01
İlıham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ANS PRESS AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasına 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".


DOSTLARINLA PAYLAŞ:

oyunlar