Dünya Çempionatında heç-heçələr günü
12 İyun 2010 Şənbə 01:45
Fransa millisi azlıqda qalan Uruqvay yığmasının müqavimətini qıra bilmədi.
Futbol üzrə Dünya Çempionatının ilk gününün ikinci qarşılaşması da heç-heçə ilə nəticələndi.
A qrupunda mübarizə aparan Fransa və Uruqvay millilərinin qarşılaşmasında qapılara qol vurulmadı. Uruqvaylılar oyunun son 9 dəqiqəsini azlıqda keçirməli olublar. 69-cu dəqiqədə meydana çıxan Lodeyro oyunda cəmi 12 dəqiqə qala bilib və qırmızı kartla meydandan qovulub. Bununla belə, Fransa millisi rəqibin azlıqda qalmasından yararlana bilməyib.
Xatırladaq ki, çempionatın ilk oyununda CAR və Meksika komandaları da qalibi müəyyənləşdirə bilməmişdilər. Oyun 1:1 hesabı ilə baqa çatmışdı.
A qrupunda növbəti oyundar iyunun 16-sı və 17-sində keçiriləcək. Meydan sahibləri Uruqvay millisi, Fransa millisi isə Meksika yığması ilə qarşılaşacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: