Dünya Çempionatına gedən turistlər qəzaya uğradı
10 İyun 2010 Cümə Axşamı 20:40
CAR-da baş verən qəzada 2 nəfər ölüb, 21 nəfər yaralanıb.
Cənubi Afrika Respublikasında futbol üzrə Dünya Çempionatının başlanmasına bir gün qalmış ağır yol qəzası baş verib. Ölkənin şimal-şərqində içərisində turistlərin olduğu avtobusun qəzaya uğraması nəticəsində iki nəfər 19 yaşlı qız həlak olub, 21 nəfər isə yaralanıb.

Hadisə zamanı avtobusda Britaniyadan gələn turistlər olub. DÇ oyunlarını izləmək üçün iyun ayının 1-dən CAR-a gələn turistlərin gəzinti proqramı bu həftənin cümə günü başa çatmalı idi. Qəzanın əsas səbəblərindən biri kimi sürücünün dönmə zamanı idarəetməni itirməsi göstərilir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar