Dünya çempionatı ölkəmizdə canlı yayımlanacaq
14 Avqust 2010 Şənbə 09:55
Avarçəkmə çempionatı ilk dəfə “İdman Azərbaycan”.
Polşanın Poznan şəhərində avarçəkmə üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. 19-22 avqustda keçiriləcək kayak və kanoe qayıqlarında avarçəkmə üzrə böyüklər arasında dünya çempionatı Azərbaycanda ilk dəfə canlı yayımlanacaq.
“İdman Azərbaycan” telekanalı rəhbərliyinin təşəbbüsü ilə mötəbər yarışı ölkəmizin idman həvəskarları televiziya vasitəsilə izləyə biləcəklər. Azərbaycan Milli Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, hər gün Bakı vaxtı ilə saat 12:00-dan etibarən ən azı 5 saat ərzində çempionatın gedişi tamaşaçılara çatdırılacaq.
Xatırladaq ki, dünya çempionatında Azərbaycanı Sergey Bezuqlı – Maksim Prokopenko dueti təmsil edəcək. Onlar 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərə qatılacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: