Dünya Çempionatı 2010 qəhrəmanı öldü
26 Oktyabr 2010 Çərşənbə Axşamı 15:40
Dünya Çempionatı 2010 qəhrəmanı öldü falçı səkkizayaq Paul akvariumunda keçinib.
Bu ilin iyun-iyul aylarında CAR-da keçirilən Dünya Çempionatının əsas qəhramanı olan falçı səkkizayaq Paul ölüb. Səkkizayaq Paul bu gün səhər saatlarında Almaniyanın Oberhauzen şəhərindəki akvariumunda dünyasını dəyişib. Akvarium əməkdaşları yaxın günlərdə yeni səkkizayaq alacaqlaqlarını bildiriblər.

Qeyd edək ki, Paul 2008-ci ildə İngiltərədə dünyaya gəlib. Lakin "karyerası"nı Almaniyada başlayıb. Paul Almaniyanın keçirdiyi bütün oyunların nəticələrini əvvəlcədən təxmin etməsi ilə diqqət çəkmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar