Dünya birinciliyində yeni rekord
18 Mart 2014 Çərşənbə Axşamı 08:28
Gənclərdən ibarət milli komandamız hazırda Qəbələdə dünya birinciliyinə hazırlığı davam etdirir.
Apreldə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək boks üzrə gənclər arasında dünya birinciliyində rekord sayda idmançı iştirak edəcək.
ANS PRESS-in xəbərinə görə, Çin Xalq Respublikasının Nyankin şəhərində təşkil olunacaq yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışda 105 ölkənin 606 boksçusu (506 oğlan və 100 qız) mübarizə aparacaq.
Xatırladaq ki, 2012-ci ildə İrəvandakı son dünya birinciliyində 69 ölkənin 367 boksçusu gücünü sınamışdı. Həmin yarışda yalnız gənc oğlanlar çıxış edib. İlk dəfə olaraq, Yeniyetmələrin Olimpiya oyunlarının proqramına qadın boksu da daxil edilib. Gənc qızlar Olimpiadada 3 çəki dərəcəsində (51, 60, və 75 kq) mübarizə aparacaqlar. Dünya çempionatında ilk 3 yeri tutan boksçular planetin ən böyük yarışına vəsiqə qazanacaqlar. Ancaq Beynəlxalq Olimpiya Komitəsi oğlanlarda hər ölkəyə 3, qızlarda isə 2 yer ayırıb.
Gənclərdən ibarət milli komandamız hazırda Qəbələdə dünya birinciliyinə hazırlığı davam etdirir. Martın 23-də Bakıya gələcək boksçularımız ayın 30-da Bolqarıstana yollanaraq, hazırlığı orada davam etdirəcəklər.
Qeyd edək ki, dünya birinciliyi aprelin 14-dən 24-ə kimi Sofiyada Armeek Arenada keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: