Dünya birinciliyində 6 şahmatçı ilə təmsil olunuruq
03 Avqust 2010 Çərşənbə Axşamı 23:40
Polşada keçirilən şahmat yarışı 13 turdan ibarət olacaq.
Polşada 20 yaşadək şahmatçılar arasında Dünya birinciliyinin startı verilib. Yarışın ilk turunun görüşləri bu dəqiqələrdə keçirilir.
Çempionatın ilk turunda Azərbaycan təmsilçilərindən Eltac Səfərli gürcüstanlı Davit Lomsadze ilə qarşılaşır. Vasif Durarbəylinin rəqibi isə Hindistan şahmatçısı Dharmena Saqardır. Oğlanların yarışında daha iki şahmatçımız ilk turda qələbə qazanmağa çalışır. Vüqar Rəsulov ekvadorlu Adrian Saltosu sınağa çəkəcək. Ülvi Bacarani isə polşalı Marek Lislə münasibətlərinə aydınlıq gətirməlidir.
Zəriflərimiz də bu dəqiqələrdə dünya birinciliyində 1-ci matçlarını keçirirlər. Gülnar Məmmədova türkiyəli Emel Kaya ilə üz-üzə gəlir. Xəyalı Abdulla isə braziliyalı Pamplona Koreyanı mat etmək niyyətindədir.
Xatırladaq ki, dünya birinciliyində oyunlar İsveçrə sistemi ilə keçirilir və 13 turdan ibarətdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: