Droqba Qalatasaray forması geydi
29 Yanvar 2013 Çərşənbə Axşamı 03:45
İstanbul klubu ulduz futbolçunun transferini rəsmən açıqladı.
Kot Divuarlı futbol ulduzu Didye Droqba “Qalatasaray” formasını geyinib. ANS PRESS-in məlumatına görə, futbolçu yeni komandasının forması ilə çəkilmiş fotosunu “İnstagram”dan paylaşıb.

Bu arada isə “Qalatasaray” klubu Didye Droqbanın transferini rəsmən açıqlayıb. Klubun internet saytında yerləşdirilmiş məlumata görə, futbolçu ilə 1,5 futbol mövsümü üçün müqavilə imzalanıb. 2012-2013 futbol mövsümünün yarısı üçün 2 milyon avro, növbəti mövsüm üçün isə 4 milyon avro sabit transfer haqqı, eləcə də hər oyuna görə 15 min avro ödənəcək. Bundan başqa, futbolçu 2012-2013 və 2013-2014 mövsümləri üçün ayrıca 4 milyon avro alacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar