Droqba penaltini vura bilmədi
09 Mart 2013 Şənbə 02:30
“Qalatasaray”ın stadionunun ot örtüyü yenə öz “iş”ini gördü.
Türkiyə çempionatının lideri “Qalatasaray” ötən axşam öz meydanında “Gənclərbirliyi”nə 1:0 hesabı ilə məğlub olub. Əslində, “Qalatasaray” oyunun 83-cü dəqiqəsində hesabı bərabərləşdirmək və ən azı 1 xal zanamaq imkanı qazanmışdı. Hakim Didye Droqbaya qarşı kobudluğa görə “Gənclərbirliyi”nin qapısına penalti təyin etdi. Qonaq klubun oyunçuları hakimin qərarına sərt etiraz etdilər. Buna baxmayaraq, Didye Droqba 85-ci dəqiqədə topun arxasına keçdi. Dünyaca məşhur futbolçu penaltini qola çevirəcəyinə əmin idi. Droqba çox geriyə getmədi və topa doğru hərəkətləndi, güclü zərbə endirdi… Amma onun zərbəsindən sonra top qapının üstündən keçdi və meydançanı tərk etdi. Beləliklə, Didye Droqba “Qalatasaray”da ikinci qolunu vurmaq şansını əldən buraxdı. Onun penaltini uğurla yerinə yetirə bilməməsinin səbəbi meydançanın ot örtüyü idi. TT Arena-nın mövsümün əvvəlindən müzakirə obyekti olan ot örtüyü bu dəfə də “Qalatasaray” üçün problem yaratdı. Droqba da penalti zərbəsini yerinə yetirdikdən sonra komanda yoldaşlarına ot örtüyünü göstərdi, sonra isə təpik vurdu.



















DOSTLARINLA PAYLAŞ:

oyunlar