Droqba gələn ay “Çelsi”ni tərk edəcək
15 Dekabr 2009 Çərşənbə Axşamı 13:40
Droqba gələn ay “Çelsi”ni tərk edəcək. Futbolçu Afrika Millətlər kubokunda iştirak edəcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Karlo Ançelotti Didye Droqbanı əvəzləyəcək futbolçu transfer etmək haqqında düşünmür. Didye Droqba yanvar ayında Afrika Millətlər Kubokunda iştirak etmək üçün “Çelsi”nin düşərgəsindən ayrılacaq.

“Droqba komandamız üçün çox vacib oyunçudur. Onun növbəti ayda komandamızda olmaması bizim üçün itki olacaq. Ancaq kluba başqa futbolçunun transfer edilməsini planlaşdırmırıq”-deyə Ançelotti bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar