Droqba, Eto`O və Qian
12 Dekabr 2010 Bazar 18:15
Afrikanın ən yaxşı futbolçusunun adı dekabrın 20-də elan olunacaq
Afrikada 2010-cu ilin ən yaxşı futbolçusu olmağa namizədlərin adları açıqlanıb. Afrika Futbol Federasiyası ən yaxşı futbolçu olmağa üç namizəd müəyyənləşdirib. Bunlar "Çelsi"də forma geyinən Kot D`İvuarlı Didye Droqba, "İnter"də çıxış edən kamerunlu Samuel Eto`O və "Sanderlend"də oynayan qanalı Asamoah Qiandır.
Mükafatın son sahibi Droqba "Çelsi"nin ötən mövsüm İngiltərə çempionu olmasında böyük rol oynamış, 32 oyunda vurduğu 29 qolla bombardir olmuşdu. Droqba 2006-cı ildə də Afrikanın ən yaxşısı seçilmişdi.
"İnter"in formasını geyinən kamerunlu Eto`O komandasının ötən mövsüm Çempionlar Liqasının, İtaliya A Seriyasının və İtaliya Kubokunun qalibi olmasında böyük rol oynamışdı. Eto`O 2003, 2004 və 2005-ci ildə bu mükafata sahib çıxıb.
"Sanderlend"də oynayan Qian DÇ-2010-un yarımfinalına çıxan Qana yığmasını uğura daşıyan əsas isimlərdən biri idi.
Afrikanın ən yaxşı futbolçusu 53 ölkənin yığma komandasının baş məşqçiləri arasında keçirilən sorğuda müəyyənləşəcək və dekabrın 20-də elan olunacaq.
DOSTLARINLA PAYLAŞ: